3a04f3f7-b32b-4fe7-b594-79b7a6d40eea..jpg

Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 481 dəfə baxılıb.

Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınalı kəndindəki
qəbiristanlıqdan ümumi dəyəri 450 manat olan dəmir barmaqlıqları oğurlamaqda
şübhəli bilinən rayon sakini Araz Qədimov saxlanılıb.

Maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilən A.Qədimov dindirilmə
zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link