Goranboyda qadın və anası bıçaqlandı: Saxlanılan var
Goranboy rayonunun Veyisli kəndində 1996-cı il təvəllüdlü Pərvanə Rasim qızı
Yulçuyeva və anası 1966-cı il təvəllüdlü Siyatel Qəşəm qızı Əliyeva
bıçaqlanıblar.
“Report”un məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Onlara xəsarət yetirməkdə P. Yulçuyevanın həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.