9ddd367f-1fed-404d-ab4e-02a8681a4598..jpg

Goranboyda qadının qətli ilə bağlı cinayət işi açılıb, oğlu tutulub – YENİLƏNİB

Baxış sayı: 595 dəfə baxılıb.

Goranboyda qadının qətli ilə bağlı cinayət işi açılıb, oğlu tutulub – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda qadının qətli ilə bağı cinayət işi başlanıb.

Bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin yeddisində saat 17 radələrində Goranboy rayon sakini
1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı
kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı
bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahin Əmrahov rayon
prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

18:36

Goranboyda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü
Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.

Cinayəti törətməkdə A.Kazımovanın oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov
şübhəli bilinir.

O, polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Source link