2f69772b-f55c-42f3-b28a-2721a4f56f45..jpg

Görkəmli pianoçu, caz ustası Vaqif Mustafazadənin doğum günüdür – VİDEO

Baxış sayı: 635 dəfə baxılıb.

Görkəmli pianoçu, caz ustası Vaqif Mustafazadənin doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi
janrının təməlini qoyan görkəmli pianoçu, caz ustası Vaqif Əziz oğlu
Mustafazadənin doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Vaqif Mustafazadə 1940-cı ildə Bakıda anadan olub.

O, ilk musiqi təhsilini anası Zivər xanımdan alıb. Mahir pianoçu olan Zivər
xanım Vaqifə xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların –
İ.S.Baxın, L.V.Bethovenin, V.A.Motsartın, Ü.Hacıbəyovun və digərlərinin
əsərlərini düzgün ifa etməyi öyrədirdi.

Yeddiillik orta musiqi məktəbini bitirən Vaqif Mustafazadə Bakıdakı Asəf
Zeynallı adına Musiqi Texnikumuna daxil olub və 1963-cü ildə oranı bitirib. Bu
dövrdə o, S.Raxmaninovun, S.Prokofyevin fortepiano və simfonik orkestr üçün
konsertlərini, İ.S.Baxın, V.A.Motsartın əsərlərini böyük ustalıqla ifa edirdi.

Gənc Vaqifi Amerikada, Qərbi Avropada təşəkkül tapmış caz musiqi janrı özünə
cəlb edirdi. O, daim radio dalğalarında caz musiqisi dinləyir, onun sirlərini
öyrənir və bu janrı muğamla əlaqələndirməyə başlayır, onları müasir
akkordlarla, caz üslubuna uyğun improvizasiya edirdi.

Dövrün tələbinə uyğun olaraq musiqiyə qoyulmuş qadağa qarşısında tab
gətirməyən Vaqif Mustafazadə Tbilisi şəhərinə gedib, Gürcüstan Dövlət
Filarmoniyasında “Qafqaz” caz triosunu yaradıb.

Vaqif Mustafazadə 1970-ci ildə Bakıya qayıdıb və Azərbaycan Bəstəkarlar
İttifaqında “Leyli” adlı ilk qadın vokal kvartetinin əsasını qoyub. Bu
kollektiv 1971-ci ildə Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdinə keçib
və “Sevil” kvarteti kimi fəaliyyətini davam etdirib.

Vaqif Mustafazadə 1978-ci ildə Monakoda VIII Beynəlxalq müsabiqədə birinci
mükafata layiq görülərək “Azərbaycanın Əməkdar artisti” adını alıb, Dövlət
mükafatına layiq görülüb.

1979-cu ildə Azərbaycan televiziyasının “Məktəblilərin musiqi klubu”
verilişində “Caz və Azərbaycan muğamları” mövzusunda tarixi çıxışını edən Vaqif
Mustafazadə bu verilişdən bir gün sonra Daşkəndə qastrol səfərinə gedib və
1979-cu il dekabrın 17-də orada vəfat edib.


Source link