Görüşdüyü 590 qadını “bir yerə yığan” “Rembo” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışında 70-80-ci illərdə Hollivud kinosuna əvəzsiz
töhfələr vermiş, “Rokki” və “Rembo” filmləri ilə bir çoxlarının kumirinə
çevrilmiş aktyor Silvester Stallonedən bəhs olunub.
O, 1946-cı il iyulun 6-da anadan olub. Doğuş zamanı anası Jaklin fəsadlar
yaşadığından Silvesterin üzünün sol yarısı ömürlük iflic qalıb.
Silvester təhsil aldığı illərdə özündə aktyorluq istedadını kəşf edir. Kolleci
bitirəndə isə aktyor olmaq qərarına gəlir.
O, öz ssenarisini bir kinostudiyaya satmağa çalışır, ona 350 min dollar təklif
edirlər. Uzun danışıqlardan sonra prodüserlər Stallonenin özünün “Rokki”
olacağına razılaşırlar. Bunun üçün aktyor filmin büdcəsinin azalmasına da razı
olur.
Çəkiliş çətin keçirdi. Çünki aktyor peşəkar boksçuya çevrilməli idi. Buzlu əti
döyəcləyir, hər gün 10 kilometr qaçır, zərbə almağı öyrənirdi. Hətta o,
siqaretlə əbədi vidalaşmalı olur. Çünki nəfəs darlığı səbəbindən rinqdə beş
dəqiqə belə dayana bilmirdi.
Cəmi dörd həftə ərzində çəkilən filmin uğuru heyrətamiz idi. Film 10
nominasiya üzrə “Oskar” mükafatına namizəd olur. Ən yaxşı film mükafatı da
daxil olmaqla 3 “Oskar” qazanır.
Stallone 50 yaşını qeyd edəndə həftəlik “Star” nəşrinin jurnalistləri ona çox
fərqli bir hədiyyə – aktyorun bu günə qədər görüşdüyü bütün qadınların şəklinin
yer aldığı albom veriblər. Onların sayı 590-dan az deyildi.
Ətraflı Baku TV-nin süjetində: