47fe6571-b3ad-4dae-bdf5-dec7a0d20c86..jpg

Göyçay rayon sakinlərindən qanunsuz saxlanılan 12 ov tüfəngi götürülüb

Baxış sayı: 620 dəfə baxılıb.

Göyçay rayon sakinlərindən qanunsuz saxlanılan 12 ov tüfəngi götürülüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu
silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın
saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə
cari il ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 12
ədəd müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Source link