152a7d30-27b3-4c42-89c3-54f1841a7fe0..jpg

Göyçay sakini dayısı oğlunu bıçaqlayıb

Baxış sayı: 884 dəfə baxılıb.

Göyçay sakini dayısı oğlunu bıçaqlayıb

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

APA xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1999-cu il təvəllüdlü
Nemətov Elnur Xəyyam oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən
dava zamanı dayısı oğlu Əhmədli Kənan Kamran oğlunu bıçaqlayıb.

Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. DİN-in Mətbuat Xidmətinin
Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun bildirib
ki, hadisəni törədən Elnur Nemətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Source link