2a6e93e2-6a6a-4146-8840-92982637cc08..jpg

Göyçayda 4 avtomobil toqquşub, yaralılar var

Baxış sayı: 1. 237 dəfə baxılıb.

Göyçayda 4 avtomobil toqquşub, yaralılar var

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə bu gün saat 23:00 radələrində
Göyçay-Qarabaqqal-Bığır yolunun Hacalıkənd kəndi ərazisindən keçən hissəsində
qeydə alınıb.

İki “VAZ 21015”, “VAZ 2106” və “Mercedes” markalı minik avtomobillərinin
toqquşması nəticəsində yolda nəqliyyatın hərəkəti yarım saat ərzində dayanıb,
böyük məsafədə tıxac yaranıb.

DYP əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib. Hadisə zamanı iki nəfər
xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Source link