a551bd06-f7a9-4789-aa63-4b496b52af7f..jpg

Göyçayda 64 yaşlı kişi 21 yaşlı qızı bıçaqlayıb

Baxış sayı: 679 dəfə baxılıb.

Göyçayda 64 yaşlı kişi 21 yaşlı qızı bıçaqlayıb

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

Cixisyolu.com-ın məlumatına görə, 1959-cu il təvəllüdlü Elbrus Əliyev 21 yaşlı Cəlalə
İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Hadisənin şəhər ərazisindəki parkların birində mübahisə zəminində baş verdiyi
bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, dünən Göyçay şəhər sakini Cəlalə İsmayılovanın bıçaq xəsarətləri
alması barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən tədbir
zamanı ona rayon sakini Elbrus Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi
müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin
olunub. Faktla bağlı araşdırma aparılır.

Source link