Göyçay rayonunda su kanalından meyit tapılıb.
ÇıxışYolu.Com-ın APA-ya istinadən xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Şıxbəy kəndindən keçən su kanalından təxminən 25-30 yaşı olan, boyu 188 santimetr, arıq bədənli naməlum kişi meyiti tapılıb. Onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Meyit müayinə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.