4271f74b-2f1f-4624-b2c9-3b7e7ff9204b..jpg

Göyçayda mağazada pirotexniki vasitələr satan şəxs müəyyən edilib

Baxış sayı: 417 dəfə baxılıb.

Göyçayda mağazada pirotexniki vasitələr satan şəxs müəyyən edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin
satışının qarşısının alınması məqsədilə növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən mağazada pirotexniki
vasitələrin satıldığı müəyyəb edilib.

Obyektə baxış keçirilərkən 4601 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar
olunaraq götürülüb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya
satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan
olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və
baxılması üçün rayon məhkəməsinə göndərilib.

Source link