1290278d-5d8a-404d-8d4f-91a78503fe4a..jpg

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub – FOTO

Baxış sayı: 882 dəfə baxılıb.

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən
olunub – FOTO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinini əməkdaşları
tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin
təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, “Saipa” markalı avtomobilin sürücüsü Soltanəli Məcidov və
VAZ-2107-nin sürücüsü Rəvan Qədirov törətdikləri qayda pozuntularına görə yol
polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar.

Sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr
olduğundan onların tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin də
nəticəsinə əsasın həmin şəxslərin marixuanadan istifaddə etdikləri sübuta
yetirilib.

Sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat
vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini
alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir
göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edilməsi) maddəsi ilə protokol tərtib olunaraq barələrində qanunamüvafiq
tədbir görülüb.

Source link