b5bf6e43-2c23-44aa-abf3-00f88cad7e24..jpg

Göyçayda oğul atasını döyə-döyə öldürüb – YENİLƏNİB

Baxış sayı: 480 dəfə baxılıb.

Göyçayda oğul atasını döyə-döyə öldürüb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçayda oğul atasını döyərək öldürüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci
il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Qeyd olunub ki, araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun
Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli
bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən
ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır.

Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

29.04.2023, 22:34

Göyçay sakini döyülərək öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Eynulla Sahabqulu
oğlu Əhmədovun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil
olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən
E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link