Göyçayda örüş sahəsində insan sümükləri və paltar qalıqları tapılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus
olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının
aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, dərhal prokurorluq
əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə
baxış keçirilərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və
laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də
digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.