Göyçayda XV Nar festivalı keçirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Göyçay rayonunda XV Nar festivalı keçirilir.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Göyçay Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə 4 illik fasilədən sonra yenidən keçirilən
festivalda rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi
təşkil olunub.
Ölkənin hər yerindən minlərlə insanın iştirak etdiyi tədbirdə narla bağlı
müxtəlif sərgilər, yarış və müsabiqələr təşkil olunub. Festival iştirakçılarına
müxtəlif növdən olan dadlı narlar və onlardan hazırlanan çoxlu çeşiddə məhsul
təqdim olunub.
Bu gün saat 16:00-da Nar festivalı çərçivəsində konsert proqramı olacaq. Nar
bayramı sabah da davam edəcək.