022737e5-b5ab-4443-97af-aa5ff95728bb..jpg

Göyçayın sabiq icra nümayəndəsinə şərti cəza verilib

Baxış sayı: 859 dəfə baxılıb.

Göyçayın sabiq icra nümayəndəsinə şərti cəza verilib

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi
üzrə sabiq nümayəndəsi Rəşad Şükürovun cinayət işi üzrə məhkəmə araşdırması
başa çatıb.

APA-nın əldə etdiyi xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid
Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178-ci
(dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib.

Rəşad Şükürov CM-nin 312-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli
bilinib.

Lakin təqsirləndirilən şəxsə münasibətdə CM-in 70-ci ( şərti məhkum etmə)
maddəsi tətbiq edilib. Rəşad Şükürova yekun olaraq 3 il sınaq müddəti
seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Rəşad Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən həbs olunub.

Rəşad Şükürova qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət
alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312-ci (rüşvət verməyə təhrik
etmə) maddələri ilə ittiham irəli sürülüb. İstintaqın gedişi zamanı rüşvət alma
ilə bağlı ittihamlar CM-nin 178-ci ( dələduzluq) maddəsinə tövsif edilib.

Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib,
sonradan isə ev dustaqlığına buraxılıb.

Source link