Göygöl sakini özünü bıçaqlayaraq öldürüb

Göygöl sakini özünü bıçaqlayaraq öldürüb

Baxış sayı: 3. 081 dəfə baxılıb.

Tovuzda Göygöl rayon sakini intihar edib.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, rayonun Mollacəlili kənd sakini, 1972-ci il təvəllüdlü Nəsibov Aqil Şəmil oğlu ürək nahiyəsinin bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb.

Onu xəstəxanaya gətirən şəxslər A. Nəsibovun Tovuzda işlədiyi fermada özünü bıçaqladığını deyiblər.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

www.ÇıxışYolu.Com