Göygöl və Goranboyda seçki ilə bağlı təbliğat və təşviqat kampaniyası üçün
məkanların yeri məlum olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Göygöl və Goranboy rayonlarında seçkilərlə əlaqədar təbliğat və təşviqat
kampaniyası üçün məkanların yeri müəyyən edilib.
“Report”un məlumatına görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq 7 fevral 2024-cü il tarixdə keçiriləcək
növbədənkənar Prezident seçkisi ilə bağlı Göygöl rayonu ərazisində toplantı
keçirilməsi üçün müəyyən edilmiş 25 məkan təyin olunub.
Goranboy rayonunda isə açıq və qapalı yerlər olaraq 36 məkan seçilib.