e4a2a6bb-e7cb-4c1f-aecd-b51abe7e1db6..jpg

Göygöldə ağır qəza: Ata ölüb, oğul xəsarət alıb – YENİLƏNİB

Baxış sayı: 477 dəfə baxılıb.

Göygöldə ağır qəza: Ata ölüb, oğul xəsarət alıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöldə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan
şəxslərin kimliyi məlum olub.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən
keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Qazel” və “KamAZ” toqquşublar. Qəza zamanı Tovuz rayon sakini,
77 yaşlı Həsən Bayramov hadisə yerində ölüb, onun övladı 28 yaşlı Müşviq
Bayramov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

21:08

Göygöl rayonunun Hacıməlik ərazisində yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, kiçiktutumlu yük maşını “QAZel” ilə “KamAZ”ın
toqquşması nəticəsində bir nəfər hadisə yerində keçinib, daha bir nəfər isə
xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Source link