Göygöldə ağır qəza: İki ölü – YENİLƏNİB

Göygöldə ağır qəza: İki ölü – YENİLƏNİB

Baxış sayı: 2. 070 dəfə baxılıb.

Göygöl rayonunda “KamAZ” markalı yük maşınının aşması nəticəsində ölən sərnişinlərdən daha birinin şəxsiyyəti məlum olub. 

ÇıxışYolu.Com “Report” bu, qəza yerində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Rəşad Qəşəm oğlu Bədəlovdur.

09:03

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ÇıxışYolu.Com-ın APA-ya istinadən məlumatına görə, “KamAZ” markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 

Xəsarət alan şəxslərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Digər xəsarət almış şəxs xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com