19712cba-38d6-4be7-b81e-0434876bcfd6..jpg

Göygöldə restoran külə döndü

Baxış sayı: 490 dəfə baxılıb.

Göygöldə restoran külə döndü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl rayonunda yanğın hadisəsi baş verib.

Cixisyolu.com xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində yerləşən “Qoşa Çinar” ailəvi istirahət mərkəzində
anidən yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası
cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli obyektin
(restoran kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə
bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Aytac Qasımova

Source link