Göygöldə yük maşını aşıb: Ölən var

Göygöldə yük maşını aşıb: Ölən var

Baxış sayı: 2. 840 dəfə baxılıb.

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

ÇıxışYolu.Com-ın Report-a istinadən məlumatına görə, hadisə Hacıkənd yolunda qeydə alınıb. 

İlkin məlumata görə, yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü – Göygöl rayon Çaykənd sakini, 1994-cü il təvəllüdlü Aydınov Seymur Hafiz oğlu hadisə yerində ölüb. 

Yük maşınının şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com