“Gözəl bala, adını bilmədik, amma sən Xocalının ruhu oldun…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyev ötən gün Xocalı şəhərində və Əsgəran qəsəbəsində olub.
O, Əsgəranda Azərbaycan bayrağını ucaldıb. Dövlət başçısı vaxtilə Azərbaycan
xalqına qarşı törədilən tarixin ən qanlı soyqırımlarından birinin şahidi olan
Xocalı şəhərinin ərazisinə baxış keçirib.
Bu məqamda Xocalıdan olan, adı belə naməlum qalan beş yaşlı qızın məzarı yada
düşür.
Jurnalist Ayaz Mirzəyev də həmin naməlum məzarla bağlı paylaşım edib:
“Gözəl bala, biz səni heç vaxt unutmadıq! Adını bilmədik, amma sən bizim üçün
Xocalının ruhu oldun… Bir gecədə öldürülən 63 günahsız uşağın rəmzi oldun…
Nəhayət, həmin gün yetişdi. Torpaq qayıtdı, bayraq ucaldı! Ruhun şad olsun,
bala!”
Qeyd edək ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal
olunub. Xocalıda törədilən soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda
keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan
təmizlənib. Bu şəhərdə Azərbaycan bayrağının dalğalanması Xocalı faciəsi
qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.