c0249588-ca99-4570-8a1e-e67201d64c52.jpg

“Greencard Azerbaijan”ın direktoru niyə həbs edilib?

Baxış sayı: 243 dəfə baxılıb.

“Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru,
dələduzluqda təqsirləndirilən Rüfət Piriyev barəsindəki cinayət işinin ibtidai
istintaqı yekunlaşıb.

“Qaynarinfo”nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Oktyabrın 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Anar
Sadıqovun sədrliyi ilə keçiriləcək.

Rüfət Piriyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda
ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 42
nəfər zərərçəkmiş qismində tanınıb.

İş materiallarına görə, Rüfət Piriyev vətəndaşları viza düzəltmək adı ilə
aldadıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil
olub. Şikayətlər əsasında onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci
maddəsi ilə cinayət işi başlanıb və o axtarışa verilib. Bu ilin yanvarında
polis əməkdaşları Rüfət Piriyevin yerini müəyyən edib və o, saxlanılıb. Yasamal
Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Source link