907e9c54-4a4f-49b7-8397-ccf7d7337e77..jpg

GUAM-ın baş katibi: “Azərbaycanın qazandığı nailiyyətləri güclü liderliyin zəfəri kimi dəyərləndiririk”

Baxış sayı: 591 dəfə baxılıb.

GUAM-ın baş katibi: “Azərbaycanın qazandığı nailiyyətləri güclü liderliyin
zəfəri kimi dəyərləndiririk”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki,
təbrik məktubunda deyilir:

“Zəfər Günü münasibətilə Sizi və Sizin simanızda Azərbaycan xalqını
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və
şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Onilliklər ərzində işğal altında qalmış Azərbaycan torpaqları Sizin
rəhbərliyinizlə şanlı Silahlı Qüvvələrin 2020-ci ildə 44 günlük müharibədə
qazandığı tarixi Qələbə nəticəsində azad olundu. Bu qələbə həm də 2023-cü il
sentyabrın 19-20-də həyata keçirilmiş qısamüddətli antiterror tədbirlərindən
sonra ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasına möhkəm
zəmin yaratmışdır.

Beləliklə, Azərbaycan xalqının uzun müddətdən bəri arzuladığı Böyük Qayıdış
nəhayət ki, reallığa çevrildi, ölkənin və xalqın tarixində yeni mərhələyə qədəm
qoyuldu. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, eləcə
də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları istiqamətində
göstərdiyiniz davamlı və yorulmaz səylərdə Sizə uğurlar arzulayırıq. Biz
Azərbaycanın qazandığı nailiyyətləri təkcə ədalətin bərpası və beynəlxalq
hüququn təsdiqi kimi deyil, həmçinin böyük milli ideyaya əsaslanan möhkəm
birliyin və güclü liderliyin zəfəri kimi dəyərləndiririk. Biz, həmçinin
inanırıq ki, bu böyük Zəfər və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
sərhədləri çərçivəsində ərazi bütövlüyünün tam bərpası regional sülh, sabitlik
və əməkdaşlığın inkişafı prosesində dönüş nöqtəsi ola bilər. Regional təşkilat
olaraq biz bu məqsədlərə dəstək və töhfə verməyə hazırıq.

Zati-aliləri, Azərbaycanın daha da güclənməsi və inkişaf etməsi, xalqın
rifahının daha da yaxşılaşması prosesində Sizə böyük nailiyyətlər və yeni
zəfərlər, Azərbaycan xalqına isə sülh, inkişaf və firavanlıq diləyirik”.

Source link