e44db8d9-38ab-4083-b606-a1942865e85c..jpg

GUAM-ın müşahidə missiyası fevralın 6-da Azərbaycana gələcək

Baxış sayı: 460 dəfə baxılıb.

GUAM-ın müşahidə missiyası fevralın 6-da Azərbaycana gələcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası
Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə etmək üçün fevralın 6-da
tam tərkibdə Bakıya gələcək.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, altı nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş
katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş,
Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM
Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Təmirov
daxildir.

Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin
nəticələrinə dair hesabat yayacaq.

Source link