Güc idman növləri üzrə Azərbaycan millisi dünya çempionatında birinci yeri
tutub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Güc idman növləri üzrə Azərbaycan millisinin idmançıları Rusiyanın paytaxtı
Moskvada keçirilən dünya çempionatında komanda hesabında birinci yeri tutublar.
“Report”un məlumatına görə, WPC/AWPC/WPSO versiyaları üzrə yarışda Azərbaycanı
4 idmançı təmsil edib.
Dünya və Avropa çempionu, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr
olunmuş builki Respublika çempionatının qalibi Tural Orucov (100 kq) üç fərqli
növ üzrə iki qızıl, bir bürünc, Camal Əhmədzadə (110 kq) kəmər və qızıl medal
qazanıblar. Sadiq Musayev (82 kq) iki fərqli növdə çıxış edib, birinci və
üçüncü yeri tutub.
Qeyd edək ki, dünya çempionatı 8 ölkənin ümumilikdə 400 idmançısı arasında
keçirilib.