Avropanın bir çox şəhərlərini qar çovğunu bürüyüb. Əlverişsiz hava şəraiti ilə əlaqədar nəqliyyatda ciddi problemlər yaranıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Boranlı hava ucbatından Dublin aeroportunda bütün hava reysləri təxirə salınıb, İsveçrədə isə Cenevrə aeroportu ümumiyyətlə bağlanıb. Fransanın Monpelye şəhərində 2 minə yaxın sürücü buz bağlamış yolda əlacsız vəziyyətdə 24 saata yaxın gözləməli olub.
Qərbi Avropanın əksər yerlərində şaxtalı hava şəraitinin hələ bir neçə gün davam edəcəyi bildirilir. Regionda son illərin ən aşağı temperaturu qeydə alınıb.