Güclü yağışlar Almaniyanın məşhur safari parkını suya qərq etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniyada bir neçə gündür davam edən güclü yağışlar fəsadlar törətməyə davam
edir.
Belə ki, əlverişsiz hava şəraitinə görə ən böyük zərərə məruz qalan Aşağı
Saksoniyada Serengeti Safari Parkına ciddi ziyan dəyib, 60 hektar ərazini su
basıb.
Safaridə təqribən 1500 heyvanın olduğu bildirilir, hazırda onları təxliyə
etmək üçün plan hazırlanıb.
Qeyd edək ki, Almaniyada təqribən bir həftə əvvəl başlayan yağış, ölkənin
yarısında daşqınlara səbəb olub. Aşağı Saksoniyada bəndin uçması nəticəsində su
Maqdeburq yaxınlığındakı dəmir yollarını yuyub aparıb. Türingiyanın şimalında
daşqın səbəbindən yüzlərlə insan təxliyə edilib. Drezdendə Elba sahillərində
Milad sirki bağlanıb və s.
O da vurğulanıb ki, ölkədə əlverişsiz hava şəraitinin bu gün də davam edəcəyi
gözlənilir.
Mənbə: RİA Novosti