Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülən üçün
ABŞ-nin Nyu-Cersi ştatında “Skylands Stadion” idman kompleksində vida mərasimi
təşkil edilib. Tədbirə qatılanlar üzlərini gizlətmək üçün papaq, eynək və
maskadan istifadə ediblər.
Cixisyolu.com bu barədə “Haber Global”a istinadla xəbər verib.
Məlum olub ki, mərasim yeri son ana qədər gizli saxlanılıb: Təşkilat üzvlərinə
yalnız tədbirə bir neçə saat qalmış “WhatsApp” vasitəsilə məlumat verilib.
Bildirilir ki, dəvət olunanlardan üzlərini gizlətmək tələb olunub:
“Maska, papaq və eynək taxın. Türkiyə mətbuatı olacaq. Təhlükəsizlik
orqanlarının əməkdaşları da olacaq. Stadiona giriş QR-kodladır”, – deyə
ismarışda bildirilib.
Tədbirlə bağlı yayımlanan kadrlardan aydın olur ki, FETÖ üzvləri deyilənləri
ediblər. Sarı gödəkçə geyinmiş bəzi təşkilat üzvləri isə mətbuat
nümayəndələrini görəndə üzlərini əlləri ilə gizlədiblər.
Daha bir maraqlı detal mərasimdə təkbir gətirilməsinin (“Allahu Əkbər”
deyilməsi) qadağan edilməsi olub. Bunun əvəzində kardinal Gülənin tabutu
başında “İncil”dən hissə oxuyub.
İngilis dilində oxunan ayələrin tərcüməsi belədir: “Biz hamımız onun
uşaqlarıyıq. O, özünü bizim üçün fəda etdi. Rəbbimiz bu irsin davam etməsini və
bütün dünyaya yayılmasını təmin etməyimizi istəyir”.
Bununla bağlı kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.
Bundan başqa mərasimin gizliliyini qorumaq üçün stadionun yerləşdiyi “Essex”
bölgəsində yerli vaxtla 10:00-14:00 arası dron uçurmaq qadağan edilib. Həmçinin
ABŞ polisləri türkiyəli jurnalistlərin oradan görüntü çəkməsinə mane olub.
Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib
lideri aparıldığıxəstəxanada
təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı
malikanənin həyətində dəfn edilib.