a325d9e7-6c37-4eb4-9436-87011cc5bd68..jpg

Güləş Federasiyasından italiyalı sərbəst güləşçi Frank Çamizonun iddiaları ilə bağlı BƏYANAT

Baxış sayı: 413 dəfə baxılıb.

Güləş Federasiyasından italiyalı sərbəst güləşçi Frank Çamizonun iddiaları ilə
bağlı BƏYANAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Güləş Federasiyası italiyalı sərbəst güləşçi Frank Çamizonun
iddiaları ilə bağlı bəyanat yayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib:

“5-7 apreldə Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat
turniri keçirildi. Bu yarış ilk dəfə Bakıda təşkil edildi. Ümumiyyətlə, adı
çəkilən arena ilk dəfə güləş yarışına ev sahibliyi etdi.

Bütün bunlara baxmayaraq, Azərbaycan Güləş Federasiyasının digər idman
təşkilatları və dövlət qurumlarının dəstəyi ilə keçirdiyi yarışın
təşkilatçılığı yüksək səviyyədə qiymətləndirildi. Təsadüfi deyil ki, Dünya
Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç federasiyamıza ünvanladığı
təşəkkür məktubunda təşkilati fəaliyyətin ən yüksək səviyyədə həyata
keçirildiyini, işçi və tibbi heyətin, könüllülərin maksimum həssaslıqla işinə
yanaşdığını qeyd edib və Azərbaycanın gələcəkdə də nüfuzlu güləş yarışlarına ev
sahibliyi edəcəyinə inandığını bildirib.

Olimpiadaya lisenziya xarakterli turnirə media nümayəndələri də böyük maraq
göstərdi. Yerli jurnalistlərlərlə yanaşı, əcnəbi qələm əhli də ölkəmizə təşrif
buyuraraq yarışı canlı işıqlandırdı. Ümumilikdə 100-dən artıq KİV
nümayəndəsinin qeydiyyatdan keçdiyi Avropa Olimpiya Təsnifat turniri müxtəlif
ölkələrdə canlı nümayiş etdirildi.

Yarışa azarkeş marağı da böyük oldu. Xüsusən sonuncu gündə Milli Gimnastika
Arenasında anşlaq yaşandı. Bu da ölkəmizdə güləşə olan sevginin bariz
nümunəsidir.

Avropa Olimpiya Təsnifat turnirində üç güləş növünün cəmində 36 idmançı
Paris-2024-ə lisenziya qazandı. Bu lisenziyalardan beşi Azərbaycanın payına
düşdü. Sərbəst güləşdə 57, 65, 74, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə
əldə edildi. Neytral atletlər (Rusiya və Belarus) ümumilikdə 13, Türkiyə üç,
Gürcüstan, Ukrayna və Almaniya iki, Macarıstan, Polşa, Serbiya, Bolqarıstan,
Moldova, Finlandiya, Fransa, Litva və Rumıniya isə bir lisenziya əldə etdi.

Bu yarışda 74 kq-da yarımfinalda Turan Bayramov italiyalı Frank Çamizoya qalib
gələrək Olimpiya lisenziyası əldə edib. Ancaq Çamizo məğlubiyyətlə barışmayaraq
ağır ittiham irəli sürüb. Çamizo heç bir dəlil-sübut olmadan guya bu görüşdə
məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.

Qeyd edək ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın
günlərdə müvafiq qərar veriləcək. Eyni zamanda, bildiririk ki, Çamizo “Duty to
report” qaydalarına əsasən, belə bir rüşvət təklifinin olmasıyla əlaqədar
dərhal etiraz protokolunda öz qeydlərini etməliydi. İndi ya o öz iddiasını
sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman “Fair Play”
ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamizonun bu ittihamına qarşı hüquqi
addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcəyik”.

Source link