Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri
müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Güləş üzrə Azərbaycan millilərinin 2024-cü ilin ilk turniri üçün heyətləri
müəyyənləşib.
Dünya Güləş Birliyinin (UWW) rəsmi saytının məlumatına görə, Xorvatiyada
keçiriləcək “Zaqreb Open”də Azərbaycan 28 güləşçi ilə təmsil olunacaq.
Sərbəst güləş: İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nüdərrin Novruzov
(hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrail Qadjiev (74 kq), Arsen
Coyev, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Giorgi Meşvildişvili, Vahit
Qalayev (hər ikisi 125 kq).
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad
Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Xasay Həsənli,
Sənan Süleymanov (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87
kq), Murat Lokiayev, Murad Əhmədiyev (hər ikisi 97 kq), Sabah Şəriəti, Beka
Kandelaki (hər ikisi 130 kq).
Qadın güləşi: Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə
Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis
Monolova (68 kq).
Qeyd edək ki, “Zaqreb Open” 10-15 yanvar aralığında baş tutacaq.