Sərbəst güləş üzrə millimizin yeni baş məşqçisinin kimliyi bilinib.
ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, bu, dağıstanlı Saypulla Absaidov olacaq.
Qeyd edək ki, Absaidov bunadək gənclərdən ibarət millimizin baş məşqçisi idi. O, 2009-2013 və 2014-2016-cı illərdə böyüklərdən ibarət millinin baş məşqçisi olub.
Saypulla Absaidovdan əvvəl bu vəzifəni Firdovsi Umudov yerinə yetirirdi. Umudov federasiyada sərbəst güləş üzrə vitse-prezident vəzifəsini icra edəcək.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com