dc90dbec-86d9-4461-91eb-b16358ae283d..jpg

Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək – FOTO

Baxış sayı: 742 dəfə baxılıb.

Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15
Azərbaycan çempionatı keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, üçüncü dəfə reallaşacaq birincilikdə sərbəst və
yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də mübarizə baş
tutacaq.

Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil
edəcəyi yarışın ilk iki günündə sərbəst güləşçilər çıxış edəcəklər. Çempionatın
ikinci günündə qadın güləşi üzrə qaliblər müəyyənləşəcək. Birinciliyin son iki
günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək.

Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının
görüşləri hər gün saat 10:00-da başlayacaq.

Qeyd edək ki, birincilikdə medal qazanan idmançılar müvafiq yığmalara cəlb
ediləcəklər.

Source link