Güləşçilərimiz dünya çempionatından dörd medalla qayıdır – FOTO

Baxış sayı: 2. 960 dəfə baxılıb.

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı (DÇ) sona çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, son yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər medalçıları müəyyənləşdirib. Yığmamız son gündə gümüş və bürünc medal qazanıb. 

Türkiyə, Macarıstan, Rusiya və Hindistan təmsilçisinə qalib gəlmiş Əbubəkr Abakarov (74 kq) finalda amerikalı rəqibinə 1:5 uduzub və gümüş medalla kifayətlənib.

United World Wrestling adlı şəxsin şəkli.

Digər dağıstanlı legionerimiz Asxab Həmzətov (92 kq) isə amerikalı və ukraynalı həmkarlarını üstələdikdən sonra Qazaxıstan güləşçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyindən, Həmzətov təsəlliverici görüşə çıxıb. Əvvəlcə Polşa, daha sonra Özbəkistan yığmasının üzvünə çətinlik çəkmədən qalib gələn Asxab dünya üçüncüsü olub.

United World Wrestling adlı şəxsin şəkli.

Mübarizəyə 1/8 finaldan qoşulan Rahid Həmidli Qırğızıstan və Hindistan güləşçilərini sıradan çıxarıb və yarımfinala adlayıb. Finalın bir addımlığında Kanada idmançısı ilə gərgin keçən mübarizə həmyerlimizin minimalhesablı məğlubiyyəti ilə nəticələnib. Həmidli bürünc medal uğrunda qarşılaşmada Moldovanı təmsil edən Samxan Cəbrayılova 1:3 hesabı ilə uduzub və V yeri tutub.

United World Wrestling adlı şəxsin şəkli.

Qeyd edək ki, bununla da sərbəst güləşçilərimiz DÇ-ni dörd medalla başa vurub. Daha əvvəl Hacımurad Hacıyev (70 kq) qızıl və Orxan Abbasov (79 kq) bürünc medal qazanmışdı. Ümumilikdə isə bu DÇ-də beş medal qazanmışıq. Yunan-Roma güləşində Nəzərşah Fətullayev (87 kq) bürünc medalla kifayətlənmişdi.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com