Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Qivi Kartozianın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, son yarış günündə 86, 97, 125 kq-da sərbəst, 82, 97 və 130 kq-da yunan-Roma güləşində medalçılar müəyyənləşib.
Pəhləvanlarımızdan beşi fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşi üzrə yarışda Rafiq Hüseynov (-82 kq) və Orxan Nuriyev (-97 kq) gümüş, Elvin Mürsəliyevlə (-82 kq) Beka Kandelaki (-130 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Hacımurad Məhəmmədsəidov (-86 kq) ikinci yeri tutub.
Beləliklə, güləşçilərimiz “Qran-pri”də ümumilikdə 13 medal qazanıb. Bunlardan ikisi qızıl, yeddisi gümüş, dördü isə bürünc olub.