İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə gənclərin Avropa çempionatında bu gün bir medal qazana bilərik.
ÇıxışYolu.Com xəbər verir ki, yunan-Roma güləşçimiz Zaur Əliyev (-55 kq) bürünc medal qazanmağa çalışacaq.
Ancaq o, bu medalı qazanmaq üçün Ermənistan güləşçisi Qevorq Sukiasyanı məğlub etməlidir.
Qeyd edək ki, daha bir güləşçimiz Əsgər Əlizadənin (-60 kq) də medal qazanmaq şansı var. O, 1/8 finalda rumıniyalı, 1/4 finalda isə rusiyalı rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Səbuhi MUSAYEV