71e01895-b86b-4cbb-83d5-726e7037d423..jpg

Güləşçimiz dünya çempionatında bürünc medala layiq görülüb

Baxış sayı: 566 dəfə baxılıb.

Güləşçimiz dünya çempionatında bürünc medala layiq görülüb

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona
çatıb.

“Report” xəbər verir ki, yarışın 6-cı günündə daha beş çəki dərəcəsində
sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Cəfər Cəfərov (45 kiloqram) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabı ilə
məğlub olub.

Sədrəddin Həsənov (51 kiloqram) türkiyəli Kahraman Eskiyə 4:1 hesabı ilə qalib
gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub – 0:4. Rəqib
finala yüksəldiyi üçün Həsənov təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
Sədrəddin ötən il dünya ikincisi olmuş amerikalı Kristian Kasiltyo üzərində
inamlı qələbə qazanıb – 12:6. Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada
rusiyalı Usman İndirbayevlə bacarmayıb – 2:10.

Camal Abbasov (60 kiloqram) qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı
Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı
qələbə qazanaraq yarımfinala yüksəlib. Abbasov yarımfinalda iranlı Səcad
Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb – 2:3.
Camal bürünc medal uğrunda Puerto-Riko təmsilçisi Yandro Rivera ilə güləşib və
6:0 hesablı qələbə ilə dünya üçüncüsü olub.

İsmayıl Rəhimli (71 kiloqram) monqolustanlı Bilguundalay Purevdaqvaya tam
üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı İslam Kajarova 0:4
hesabı ilə məğlub olub.

Səid Paşayev (92 kiloqram) 1/8 finalda yaponiyalı Genki Hokiyə müqavimət
göstərə bilməyib – 3:14.

Source link