Güləşçimiz erməni dünya çempionuna qalib gəlib, finala çıxdı

Baxış sayı: 4. 844 dəfə baxılıb.

Güləşçimiz erməni dünya çempionuna qalib gəlib, finala çıxdı

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, üçüncü yarış günündə 86, 97, 125 kq-da sərbəst, 82, 97 və 130 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

82 kq-da çıxış edən yunan-Roma güləşçilərimizin hər ikisi yarımfinala yüksəlib.

Bu mərhələdə Elvin Mürsəliyev uduzsa da, Rafiq Hüseynov Ermənistanın dünya və Avropa çempionu Maksim Manukyana tam üstünlüklə – 9:1 hesabıyla qalib gələrək, finala vəsiqə qazanıb.

Orxan Nuriyev (-97 kq) də yarımfinalda dünya çempionu ilə qarşılaşıb. Gənc güləşçimiz fransalı Melonen Numonvini məğlub edərək finala yüksəlib.

Yeni gürcü legionerimiz Beka Kandelaki (-130 kq) öz meydanında Elvin kimi bürünc medal uğrunda mübarizə aparacaq.

Sərbəst güləşçilərimizdən isə Hacımurad Məhəmmədsəidov (-86 kq) finala adını yazdırıb.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.

Səbuhi Musayev