1c262115-82f1-4451-989e-fe2e499a4f83..jpg

Güləşçimiz erməni rəqibini məğlub edərək, olimpiadaya lisenziya qazanıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 564 dəfə baxılıb.

Güləşçimiz erməni rəqibini məğlub edərək, olimpiadaya lisenziya qazanıb –
YENİLƏNİB + FOTO

Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda
keçirilən güləş üzrə dünya çempionatında finala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançımız
yarımfinalda ermənistanlı Slavik Qalstyandan güclü olub.

Rəqibini 5:3 hesabı ilə məğlub edən H.Cəfərov həlledici görüşə vəsiqə qazanıb.

Bununla o, gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına da vəsiqə
qazanıb.

Final qarşılaşması sabah keçiriləcək.

Digər yunan-Roma güləşçimiz Murad Məmmədov da finala yüksəlib. 63 kq çəki
dərəcəsində çıxış edən idmançı yarımfinalda yerli Giorgi Tibilovla üz-üzə
gəlib. O, rəqibinə 4:1 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Final qarşılaşması sabah keçiriləcək.

17:38

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda
keçirilən dünya çempionatında (DÇ) yarımfinala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, 67 kq-da Həsrət Cəfərov uğurlu çıxış edib. O, ilk
görüşdə Edson Qutyerresdən (Meksika) üstün olub – 8:0. H.Cəfərov 1/8 finalda
macar İştvan Vançı 5:1 hesabı ilə üstələyib. 1/4 finalda onun rəqibi iranlı
olimpiya çempionu Məhəmmədrza Geraini olub. Cəfərov güclü rəqibinə heç bir şans
verməyib. 10:0 hesabı ilə vaxtından əvvəl qələbə qazanan 20 yaşlı idmançımız
yarımfinala adlayıb.

87 kq-da İslam Abbasov isə erkən dayanıb. İlk görüşdə moldovalı Viorel Burduya
5:1 qalib gələn idmançı 1/16 finalda Bəşir Sid Azardan güclü olub. Hesab 1:1
olsa da, güləşçimiz əlavə göstəricilərə görə mərhələ keçib. Lakin o, 1/8
finalda David Losonçiyə (Macarıstan) uduzub – 0:8.

Qeyd edək ki, bu gün 63 kq-da Murad Məmmədov da yarımfinala adlayıb.

17:15

Azərbaycan yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda
keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Cixisyolu.com xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda
Xavyer Consona (ABŞ) – 3:1. O, 1/4 finalda ermənistanlı Hraçya Poqosyanla
qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala yüksəlib.

10:14

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Cixisyolu.com xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə
qoşulacaq.

Millinin heyətində Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov
yarışacaqlar.

63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədovun 1/8 finaldakı rəqibi
hələlik bəlli deyil.

Digər iki güləşçi həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq
uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson
Qutyerreslə (Meksika), İslam Abbasov (87 kq) isə təsnifatda Viorel Burduya
(Rumıniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq)
və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə
gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.

Source link