Gülay Zeynallı qızı ilə Kappadokiyanı qarış-qarış gəzdi – FOTO/VİDEO
Müğənni Gülay Zeynallı qızı Sahilə ilə Türkiyəyə istirahətə yollanıb.
Cixisyolu.com-ın məlumatına görə, Gülay bu barədə sosial şəbəkə hesabında paylaşım
edib.
İstirahət üçün Türkiyənin Kappadokiya bölgəsini seçən Gülay dünyanın hər
yerindən turistləri özünə cəlb edən möcüzəli məkanı qarış-qarış gəzib.
Zeynallı Kappadokiya ərazisində yerləşən “Asmalı konak”da da olub. İfaçı bir
zamanların reytinqli serialının ekranlaşdırıldığı malikanədə foto və videolar
çəkdirib.
Gülayın istirahət görüntülərini təqdim edirik: