Gülbahar Şükürlü xəstəxanadan evə buraxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Onkoloji xəstəlikdən əziyyət çəkən və xəstəxanaya yerləşdirilən Əməkdar
artist, qarmon ustadı Gülbahar Şükürlü evə buraxılıb.
Bununla bağlı G.Şükürlünün köməkçisi Bizim.media-ya açıqlamasında danışıb:
“Gülbahar xanımın vəziyyəti ağırlaşdığı üçün ötən həftə xəstəxanaya
yerləşdirilmişdi. Həkim müdaxiləsindən sonra vəziyyəti normallaşıb və evə
buraxılıb. Özünü ötən günlərə baxanda daha yaxşı hiss edir. Müalicələri həkim
nəzarətində ev şəraitində davam edir. Ümid edirik ki, gələn həftə Gülbahar
xanım efirlərə çıxacaq”.