7f4272ed-4c57-4c0a-a399-2b6f5795bfc2..jpg

Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlanıb

Baxış sayı: 945 dəfə baxılıb.

Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlanıb

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün xəstəliyi yenidən
baş qaldırıb.

Bu haqda Axşam.az-a açıqlamasında qarmon ifaçısı deyib. O bildirib ki, yenidən
kimyaterapiya alır:

“Bu xəstəlik canımda var, getmir. Yenidən kimyaterapiyalara başlamışam.
Yaxşıyam”.

G.Şükürlü aparıcı Zaur Kamalın efirdə onun üçün sənət adamlarından maddi
dəstək istəməsinə də münasibət bildirib:

“Bu, mənim istəyimlə olmayıb. Zaur dəfələrlə efirə qonaq çağırdı, getmədim.
Küsdü, mən də açıb dedim ki, kimyaterapiya alıram. Müalicə bahalıdır. Zaurun da
canı yanıb, belə bir addım atıb. Efirdə deyib ki, sənət adamları dəstək
olsunlar”.

Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və
əməliyyat olunmuşdu.

Source link