Gülnarə Kərimova sosial şəbəkədə açıqlaması ilə gündəmə gəlib.
“Sabah” xəbər verir ki, Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkəsindəki 1.2 milyonluq sərvətinin artıq dövlət büdcəsinə keçdiyini bildirib.
O, xarici ölkədəki yatırımlarını geri almaq üçün çalışdığını qeyd edib.
Son dövrlər çox dəyişdiyini bildirən G.Kərimova “Xalqımdan və məni başa düşən bütün insanlardan üzr istəyirəm” sözlərini yazıb.
O, ölkəsi üçün xidmət etməyə hər zaman hazır olduğunu qeyd edib.
Xatırladaq ki, G.Kərimova 2017-ci ildə Özbəkistan məhkəməsi tərəfindən rüşvət, dələduzluq, ticarət və gömrük qaydalarını pozmaqda ittiham olunub. Ona beş il ev dustaqlığı cəzası verilib.