Gülnarə Kərimovanın cinayət işi ilə bağlı istintaq başa çatdı

Baxış sayı: 2. 027 dəfə baxılıb.

Gülnarə Kərimovanın cinayət işi ilə bağlı istintaq başa çatdı

Özbəkistanın Baş Prokurorluğu ölkənin ilk prezidentinin qızı Gülnarə Kərimovaya qarşı dövlət vəsaitinin mənimsənilməsi və ölkənin maraqlarına zidd müqavilələr bağlanması ittihamı ilə açılan yeni cinayət işinin istintaqını başa çatdırıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğunun mətbuat xidməti informasiya yayıb.

“Hazırda işlə bağlı istintaq başa çatıb. Gülnarə Kərimova vəkillərinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olur”, – prokurorluqdan bildirilib.