46b251a0-b48a-41f2-a8fd-12d9942e9a58..jpg

Gülnarə Xaydarşina: “Gələn ay Azərbaycanda valyuta satışlarında ciddi artım gözlənilmir”

Baxış sayı: 523 dəfə baxılıb.

Gülnarə Xaydarşina: “Gələn ay Azərbaycanda valyuta satışlarında ciddi artım
gözlənilmir”

“Dünya karbohidrogen bazarındakı stabilləşmə ilə bağlı, sentyabr ayında
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarında ciddi artım
gözlənilmir”.

“Report” xəbər verir ki, bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin
müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

“Bundan başqa, Azərbaycanın büdcəsi karbohidrogen bazarında mövcud
tendensiyanın yüksəlməsi ilə dəstəklənəcək”, – G.Xaydarşina bildirib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, avqustun 29-da keçirilmiş
hərracda 58,9 milyon ABŞ dolları məbləğində valyuta satılıb. Bu isə ötən həftə
keçirilən hərracla müqayisədə (1,7 % az) demək olar ki, dəyişməz qalıb və
mövsümi normaya yaxın olub. Həmçinin dünənki valyuta satışları, 2020-ci ilin
mart ayında qeydə alınan (323,2 milyon ABŞ dolları) pandemiyanın başlanmasından
bəri ən yüksək göstəricidən 5,5 dəfə azdır.

“Valyuta hərraclarındakı satışın həcmi büdcə xərclərinin qrafikinə uyğun
olaraq qalır. Qeyd edək ki, büdcə xərcləri ilin ikinci yarısında böyüməyə
meyllidir. Builki büdcəyə edilən dəyişiklikləri nəzərə alaraq, ARDNF-dən dövlət
büdcəsinə transfertlər 11,7 milyard manat (6,9 milyard ABŞ dolları)
səviyyəsində nəzərdə tutulub. Bir qayda olaraq, Azərbaycanda büdcə xərcləri II
və III rüblərdə pik həddə çatmır”, – o qeyd edib.

“Qazprombank”ın iqtisadçısının fikrincə, Azərbaycan sabit məzənnəni saxlamaq
üçün kifayət qədər resurslara malikdir və beynəlxalq ehtiyatların adekvatlığına
görə MDB məkanında ən yüksək səviyyələrdən birinə malikdir. Ölkənin beynəlxalq
ehtiyatları avqustun 1-nə 66 milyard ABŞ dollar təşkil edib ki, bu da, ÜDM-in
80 %-ni ötüb və 49 aylıq idxalı qarşılayır.

“Xarici risklərə baxmayaraq, valyuta satışlarının mülayim olaraq qaldığını və
əsasən büdcə xərclərinin qrafiki ilə müəyyən edildiyini nəzərə alsaq, bu
dinamikanın Azərbaycanın suveren reytinqləri və avrobondları üçün neytral hesab
olunur”, – G.Xaydarşina hesab edir.

Source link