Gülşad Baxşıyeva: “Xəbəri eşidəndə göz yaşı tökdüm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əməkdar artist Gülşad Baxşıyeva Prezident İlham Əliyev tərəfindən təltif
olunmasından danışıb.
Bu barədə aktrisa “Olay”a açıqlama verib. O bildirib ki, xəbəri eşidəndə
kövrəlib:
“Başda rektorumuz Ceyran xanım olmaqla universitet heyəti ilə səhər tezdən ulu
öndər Heydər Əliyevi ziyarət etdik. Ondan da sonra Şəhidlər xiyabanına
yollandıq. Yağış da aramsız yağmağa davam edirdi, ondan sonra evə gəldim. Zəng
etdilər ki, Prezident təqaüdünə layiq görülmüsən. Bu sözü eşidəndə ürəyim
çırpınmağa başladı, həyəcanlandım. Dedim, inanmıram axı, yalan deyirsən. Dedi
ki, yox, indi sərəncamı sənə göndərəcəyəm, oxuyarsan. Cavab verdim ki,
doğrudan? O kəlməni bir az fərqli söylədim. Özümdən asılı olmadan gözlərim
doldu, yaş tökülməyə başladı. Çox həyəcanlıyam. Hər ay müəyyən bir məbləğ
alacağım üçün yox, yadda qaldığım üçün həyəcanlandım.
Yəni doğrudan bu səfər məni də yada saldılar? Dedilər, sən buradasan və bu
mükafata layiqsən. Bu, sayılmaq hissidir. Buna görə, həyəcanlandım, gözümdən
yaş gəldi. Prezidentimiz çox sağ olsun. Allah onu bizim millətimizə,
dövlətimizə çox görməsin. Daim var olsun. Allah ona can sağlığı versin”.