Amerikanın Kaliforniya ştatında qətldə ittiham edilərək 39 il həbsdə qalan Kreyq Koliyə 21 milyon dollar məbləğində təzminat ödəniləcək.
RenTV xəbər verir ki, Kreyq Koli 1978-ci ildə amerikalı qadını və onun dörd yaşlı oğlunu qətlə yetirməkdə ittiham olunub.
Yenidən aparılan araşdırmalar zamanı Kolinin günahsız olduğu üzə çıxıb.
2017-ci ilin noyabrında 70 yaşında azadlığa buraxılan Koliyə artıq bir dəfə 2 milyon dollar məbləğində təzminat verilib.