Günay İbrahimli: Efirə çıxmadım, dedilər ki, batmısan – FOTOSESSİYA

Günay İbrahimli: Efirə çıxmadım, dedilər ki, batmısan – FOTOSESSİYA

Baxış sayı: 2. 529 dəfə baxılıb.

Müğənni Günay İbrahimli yeni foto-layihəsini təqdim edib. Bir müddətdir ki, mediadan uzaq gəzən ifaçı fərqli obrazda kamera qarşısına keçib. 

O, “Boho style” yaradaraq fərqli fotolar çəkdirib.

ÇıxışYolu.Com-a açıqlama verən Günay deyir ki, onun haqqında qəribə fikir formalaşıb: 

“Təxmini iki ay əvvəl klipimi (“Əllərim darıxmasın”) təqdim etdim və bir qədər kənara çəkildim. Televiziya proqramlarına az çıxdım, yeni layihələrimə vaxt ayırdım. Amma bu müddət ərzində dedilər ki, Günay batıb, yoxa çıxıb.

Düşünün, ən işlək sənətçi haqqında belə fikirlər səsləndirirlər. Bəlkə də, iki ay özəl mahnı çıxarmamağım onları bu nəticəyə gətirdi. 

Nəhayət ki, işlərimizi təqdim etməyə başladıq. İndi sizinlə yeni fotosessiyamı bölüşürəm. “Boho style” adlanan foto-layihəmiz üzərinə böyük komanda çalışıb. Obrazım üzərində Zümrüd Mirzəliyeva, Lamiyə Ağababayeva və Aygün çalışıb. Bir neçə həftə sonra isə iddialı mahnı və klip sizi gözləyir”.

.
Foto: Ratmir Şərifov
www.ÇıxışYolu.Com