c512c8e1-7b0f-4ce0-8c80-dfb2f6e0d721..jpg

Günay İbrahimli: “Verilişlərdə müğənniyə hörmətsizlik edirlər”

Baxış sayı: 669 dəfə baxılıb.

Günay İbrahimli: “Verilişlərdə müğənniyə hörmətsizlik edirlər”

Müğənni Günay İbrahimli verilişlərə qatılmamağının səbəbini açıqlayıb.

“MTV maqazin” verilişinə açıqlama verən sənətçi proqramları bəyənmədiyini
deyib. O bildirib ki, az sayda verilişə qatılır:

“Efirə çıxmamağımın səbəbi bir çox verilişləri bəyənməməyimdir. Verilişlərdən
qaçmıram. Yeni mahnı təqdim edəndə gedirəm. Amma istədiyim tərzdə olan
verilişlərin sayı çox azdır. Sosial verilişlər çoxluq təşkil edir. Verilişlərdə
müğənniyə hörmətsizlik edirlər. Psixoloq, həkim çağırırlar. Veriliş boyu
psixoloq və həkim danışır, müğənniyə isə söz verilmir. O? yalnız verilişdə bir
mahnısını oxuyur. Düşünürəm ki, bu, etik olaraq doğru deyil. Müğənniyə də onun
sənəti, karyerası, görəcəyi işlərlə bağlı suallar verilməlidir”.

Günay şou xarakterli verilişlərin sayının çoxalmasını arzuladığını deyib.

Source link